Bakı-Ağstafa qatarı daha bir stansiyada dayanacaq

 13:35 11.07.2023     301

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova “ASAN Radio”ya müsahibəsində bildirib.

O, qeyd edib ki, yeniliyin bu ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır:

 “Bu günlərdə Bakı-Ağstafa-Bakı sərnişin qatarının Qovlar stansiyasında dayanması Tovuz sakinləri üçün çox sevindirici xəbər oldu. Həmin platformada qatarların dayanmamasının səbəbi o idi ki, müasir “Stadler” qatarları 1100 mm hündürlüyündə olan platformalarda dayana bilirlər. Amma biz sərnişin tələbatımızı nəzərə alaraq, xüsusi quraşdırılmış pilləkənlər vasitəsilə sərnişindaşımanın təmin olunması üçün belə imkan yaratdıq”.

S.Nəzərovanın sözlərinə görə, il ərzində Bakı-Ağstafa stansiyasında daha bir bu cür xidmətin təmin edilməsi istiqamətində iş görülür: “Yəqin ki, ilin sonunadək Dəllər stansiyasında da qatarların dayanmasına şərait yaradılacaq”.