Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı - 2 nəfər öldü

 16:36 11.07.2023     489

Azərbaycanda gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.