Eyni küçənin sakinləri müxtəlif müraciətlərlə "Azəriqaz"ın “Səyyar qəbul otağı”nda  - FOTO

 18:46 11.07.2023     222

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası növbəti dəfə Masallı rayonunda keçirilib.

Qurumun mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, mikrofon önünə keçən 6 abonentdən 5-i rayonun Qarabağ küçəsinin sakinləri olub. Onlar qaz xəttinin yerinin dəyişdirilməsi, sayğacın yenisi ilə əvəzlənməsi, yeni yaşayış massivinin qazlaşdırılması kimi istəklərlə çıxış ediblər. Digər 1 müraciət isə rayonun Şərəfə kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasından ibarət olub.

Bütün müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.

2222