Vahid Əhmədov Qubada seçicilərlə görüşdü - FOTO

 09:56 12.07.2023     382

11 iyul 2023-cü il tarixdə Milli Məclisinin deputatı Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov tərəfindən rayonun Qamqam kəndində Rustov kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşlarla görüş keçirilib.

Bu barədə Redaktor.az-a millət vəkilinin köməkçisi məlumat verib. 

Bildirilib ki, görüşdən əvvəl Quba rayonunun İsnovqışlaq kəndində millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə Birinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə inşa olunan abidənin açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən şəhid anaları millət vəkilinin şəhidlərə və şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə xüsusi minnətdarlığını bildiriblər.

Daha sonra, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin xatirəsinə yaradılmış, Quba rayonunun Qamqam kəndində yerləşən abidə kompleksi şəhidin ailə üzvləri ilə birlikdə ziyarət olunub.

Görüş zamanı Milli Məclisin üzvü Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən olduqca mühüm işlər və əldə olunan tarixi nailiyyətlər, eləcə də ölkə rəhbərliyinin yüksək diqqəti və qayğısı sayəsində Quba rayonunda görülmüş işlər barədə geniş söhbət açıblar.

Daha sonra isə vətəndaşlar tərəfindən qaldırılan məsələlər və irəli sürülən təkliflər ətraflı dinlənilib, həmin məsələlər icraata götürülüb və bir çox məsələlərlə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Həmidə İBRAHİMLİ

222222