Rey Kərimoğlunun səhhətində problem yaranıb
Tanınmış Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya R. Kərimoğlunun özü məlumat verib.
Damarmənşəli xəstəlikdən əziyyət çəkən Qarabağ qazisi 1 həftə xəstəxanada müalicə olunub.
R.Kərimoğlu bu gündən müalicəsini ev şəraitində davam etdirəcək: “Narahat olan hər kəsə təşəkkür edirəm. Hazırda özümü yaxşı hiss edirəm”.