76 yaşlı laçınlının sevinci...

 09:18 13.07.2023     323

"Biz 30 ildir ki, Laçının həsrətini çəkirik. İndi isə Laçına qayıdışın sevincini yaşayırıq. 76 yaşımda ata-baba ocağıma qayıtdığım üçün çox sevincliyəm".

Redaktor.az xəbər verir ki, bu sözləri "AzərTac"a müsahibəsində doğma yurduna qayıdan Laçın sakini Bakir Şükürov deyib.

“Bu möhtəşəm tarixi bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”, - deyə Laçın sakini vurğulayıb.