Sabah hava necə olacaq?

 13:05 13.07.2023     519

İyulun 14-də Bakıda və Abşeron yarımadasında yağmursuz. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütununda 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.