Bakı metrosu ötən ay 17 milyon sərnişin daşıyıb
Bu ilin iyun ayında "Bakı Metropoliteni" QSC 525 min 292-si ödənişsiz olmaqla, 16 milyon 992 min 534 sərnişinə, yaxud orta statistik hesabla gün ərzində 566 min 418 nəfərə daşıma xidməti göstərib.
Redaktor.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, bu, koronavirus (COVID-19) pandemiyasına qədər ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6 %-ə yaxın, ötən ilin iyun ayına nisbətən isə 4 %-ə yaxın azalma deməkdir.
Ötən ay ən çox sərnişin iyunun 9-da (688 min 138 nəfər), ən az isə sərnişin isə iyunun 28-də (352 min 559 nəfər) daşınıb.
Bu ilin I yarısında isə Bakı metrosundan istifadə edənlərin sayı 108 milyon 776 min 677 nəfər təşkil edib. Bu, 2019-cu ilin ilk 6 ayı ilə müqayisədə 6,6 % az, 2022-ci ilin eyni dövrünə nisbətən isə 9,5 % çoxdur.