Hündürlükdən yıxılan kişi köməksiz vəziyyətdə qaldı - VİDEO

 09:59 14.07.2023     276

Bakıda 53 yaşlı kişi hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1970-ci il təvəllüdlü Roma Qarayevin hündürlükdən yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq çökək ərazidə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.