"Vəkilliyə qəbul asanlaşdırılmalıdır" - Deputatdan TƏKLİF

 11:19 14.07.2023     310

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu iclasında Azərbaycanda vəkil çatışmazlığına toxunub.

Redaktor.az-ın məlumatına görə, millət vəkili bildirib ki, ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır.

"Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur. Qardaş Türkiyədə belə həmin tələb yoxdur. Bu müddəa ləğv olunmalı və vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bununla ucqar bölgələrdə olan defisit aradan qalxar", - deyə Fazil Mustafa  bildirib.

Həmidə İBRAHİMLİ