"Azəriqaz"a ən çox hansı məsələ ilə bağlı müraciət ediblər? - AÇIQLAMA

 11:23 14.07.2023     333

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 6 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6187 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 2903 müraciət "Opentext" proqramı vasitəsilə, 3284 müraciət isə elektron formada daxil olub.

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 6 ayı ilə müqayisədə 273 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub", - deyə şöbə rəisi qeyd edib.

Həmidə İBRAHİMLİ