“Azəriqaz” rəhbərliyi vətəndaşları Sumqayıtda qəbul edəcək

 12:30 14.07.2023     354

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

Redaktor.az xəbər verir ki, iyulun 17-də Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.

Saat 11:00-da başlayacaq qəbul üçün vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.

azeriqaz-rehberliyi-vetendaslari-qebul-edecek