Ermənilər bu dəfə Aygünün məşhur mahnısını oğurladı - VİDEO

 13:16 14.07.2023     839

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Nigaranam” mahnısını oğurlayıblar. 

Redaktor.az xəbər verir ki, erməni ifaçı Tiqran Asatryan mahnını “Andzrev” adı ilə yutub kanalında yerləşdirib.

O, mahnının müəlliflərini qeyd etməyib. 

Qeyd edək ki, A. Kazımova bu mahnını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kamala məxsusdur. Mahnını daha sonra Xalq artistləri Brilliant Dadaşova, Nəsibə Abdullayeva, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova və s. müğənnilər ifa ediblər.