Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Biləsuvarın Əliabad kəndində keçirildi
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb.
Redaktor.az xəbər verir ki, aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb. Bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib.
Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.