Bakının 6 prokuroru intizam məsuliyyətinə cəlb olundu

 15:38 15.07.2023     292

Bu ilin ilk yarısında Bakı şəhəri üzrə prokurorluq orqanlarının 6 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.