Son sutkada yoluxanların sayı açıqlandı

 15:46 15.07.2023     278

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 831 978 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 670 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, bu günə qədər isə ümumilikdə 7 654 889 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 19 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 026 olub.