Ağdamda insan sümükləri AŞKARLANDI

 16:30 15.07.2023     405

Ağdamda insan sümükləri aşkarlanıb.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.