Naxçıvanda profilaktik dezinfeksiya işləri aparılır

 19:56 15.07.2023     258

Naxçıvanda profilaktik dezinfeksiya işləri aparılır.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatığı ilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib.

Epidemioloji sabitliyin qorunub saxlanılması məqsədi ilə həyata keçirilən tədbir muxtar respublikanın rayonlarında da həyata keçirilib, küçə və məhəllələrdə məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazilər dərmanlanaraq dezinfeksiya olunub.

Sanitar-profilaktik və dezinfeksiya işləri bundan sonra da davam etdiriləcək.