Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 17:41 16.07.2023     332

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 983 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 22 aktiv xəstə var. Bu günə qədər 10 288 nəfər vəfat edib.