Bakının bu küçəsində hərəkət iflic oldu - SƏBƏB

 10:15 17.07.2023     471

Bu gün Bakıda havanın yağışlı keçməsi səbəbindən yollarda sıxlıq yaranıb. Eyni zamanda, bəzi yollarda işıqforlar işləmir. Xüsusilə, Təbriz küçəsində Bakı Konqres Mərkəzinin yaxınlığında işıqforun işləməməsi səbəbindən hərəkət iflic olub. Avtomobillər 1 saatdan çox tıxacda qalıb. Təəssüf ki, Dövlət Yol Polisinin əməkdaşları ərazidə tənzimləmə aparmayıb.

Məsələ ilə bağlı Redaktor.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladı.

Mərkəzin mətbuat katibi Ömər Xıdırov bildirdi ki, yağışlı hava Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaradıb.

"Hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir",- deyə o bildirdi.

Həmidə İBRAHİMLİ