Taleh Kazımov özünə yeni müşavir təyin etdi

 11:20 17.07.2023     1147

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.

Redaktor.az AMB-yə istinadən xəbər verir ki, Şahin Mahmudzadə sədrin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 31 yaşlı Ş.Mahmudzadə əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.

2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləyib.