Yağış yolları keçilməz etdi - VİDEO

 11:29 17.07.2023     2236

Bu gün səhər saatlarında Bakıya yağan güclü yağış fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, paytaxtın bir sıra yollarına su dolub. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Piyadaların hərəkəti isə demək olar ki, mümkünsüz olub.

Yağış sularının dolduğu küçələrə paytaxtın demək olar ki, bütün istiqamətlərində rast gəlinib.

Yağışdan sonra Süleyman Rəhimov küçəsində yaranmış vəziyyətinin görüntüsünü təqdim edirik (qafqazinfo).