Dünən qatarda ölən metropoliten əməkdaşının FOTOSU

 12:01 17.07.2023     382

Xəbər verdiyimiz kimi dünən metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda sərnişin dünyasını dəyişib.

Redaktor.az qəfil vəfat edən həmin şəxsin – Bakı Metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı, 1959-cu il təvəllüdlü Kamil Zeynalovun fotosunu təqdim edir.

Qeyd edək ki, hadisə vaxtı dərhal təcili tibbi yardıma müraciət edilsə də, K.Zeynalov həyatını itirib (qafqazinfo).