Tibb müəssisələrində bu sahə üzrə 17 vakant yer var

 12:35 17.07.2023     284

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 işçiyə ehtiyac var.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova  məlumat verib.

O qeyd edib ki, TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi var və həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahid sayı 110-dur: “Bu ştat üzrə hazırda çalışan işçilərin sayı 83 nəfərdir. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür”.