Lənkəranda at oğruları saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 9-da Sinovli kəndi ərazisində Moloja kənd sakinləri olan 2 nəfərin 4 rəst atını oğurlamaqda şübhəli bilinən Viravul kənd sakini Yusif Məmmədov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 15-də Aşağı Noxudlu kəndindəki bir evin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini Fərid Şirinov saxlanılıb.
Araşdırmalar aparılır.