Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

 16:02 17.07.2023     317

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, aksiya Heydər Əliyev Parkında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 19-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

sahibkarlarla-novbeti-gorus-kurdemirde-kecirilecek