Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi

 17:30 17.07.2023     657

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.

Vumart və Güvən reklamı Vumart Güvən