Naxçıvanda əlilliyi olan şəxslərə ödənilən maddi yardımın həcmi AÇIQLANDI

 19:34 17.07.2023     309

Naxçıvanda bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə ödənilən maddi yardımın həcmi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-cü ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası üzrə əlilliyi olan şəxslərə ödənilən maddi yardımın ötən illə müqayisəli təhlilini təqdim edib.

Təqdimata əsasən 2022-ci ildə əlilliyi olan şəxslərə ödənilən maddi yardım 17 şəxsə 2380 manat idisə, 2023-cü ilin birinci yarısında bu rəqəm 889 şəxsə 98 min 270 manat olub.