Bələdiyyə sədri barəsində cinayət işi başlandı
Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.