Bu hospitalda 1900-a yaxın cərrahi əməliyyat aparılıb
İcbari tibbi sığorta çərçivəsində Məlhəm Beynəlxalq Hospitalında 2022 və 2023-cü illər ərzində 1900-a yaxın cərrahi əməliyyat icra olunub.
Redaktor.az xəbər verir ki, bunu Hospitalın icraçı direktoru Dr.Sevda Əlizadə klinikaya media-tur zamanı jurnalistlərə söylədi.
O bildirdi ki, bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, ginekoloji, uroloji, neyrocərrahiyyə, invaziv kardiyoloji, invaziv radiyologia, endoprotezləşdirmə, ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır.
Humay İSGƏNDƏRLİ