"Agentliyin məqsədi vətəndaşlar üçün tibbi xidmətləri əlçatan etməkdir" - Aynurə Əhmədova

 11:46 18.07.2023     382

“2022-ci ildə hospitalda 433 tibbi xidmət göstərilib”.

Redaktor.az xəbər verir ki, bunu Məlhəm Beynəlxalq Hospitalına media-tur zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

O, əlavə edib ki, Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur.

“2022-ci ildə hospitalda 433 tibbi xidmət göstərilib. 2023-cü ilin bugününə olan göstəriciyə görə isə vətəndaşlar 6354 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 2286-sı ambulator, 4068-i stasionar şəraitdə göstərilib. Qeyd edim ki, Agentliyin məqsədi vətəndaşlar üçün tibbi xidmətləri əlçatan etmək, sığorta çərçivəsində daha çox xidmətdən yararlanmalarını təmin etməkdir. Agentlik dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri effektiv qurulan göndəriş sistemi vasitəsilə özəl tibb müəssisəsində də mümkün edir. Hazırda müqaviləli tibb müəssisələrinin sayı 126-dır”, - deyə A.Əhmədova qeyd edib.

Humay İSGƏNDƏRLİ