Prezident Administrasiyasının strukturunda dəyişiklik edildi

 17:44 18.07.2023     437

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi təsis edilib.

Bu dəyişiklik Prezident Administrasiyasının saytında da əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün Elçin Əmirbəyov həmin vəzifəyə təyin edilib.