Yeniyetmə və gənclər arasında “Zəfər yolu” adlı tədbirlər keçiriləcək

 09:53 19.07.2023     268

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Zəfər yolu” adlı üç tədbir-konsert həyata keçirəcək. 

Qeyd edək ki, bu tədbirlərin keçirilməsi cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.