Zorakılığa məruz qalan qadın və kişilərin sayı açıqlandı

 10:54 19.07.2023     379

“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.

Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 112 olub. B.Muradova bildirib ki, daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.

Sədr əlavə edib ki, komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb: “Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”.