Azərbaycanda yeni sığınacaqlar yaradılacaq
Azərbaycanda yeni sığınacaqlar yaradılması üzrə iş gedir.
Redaktor.az xəbər verir ki, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“ Hazırda ölkədə 5 fəal sığınacaq vardır. Əlbəttəki, onun imkanları mövcud ehtiyaca uyğun deyil. Regional sığınacaqların olması vacibdir və yaxın zamanda fəaliyyətə başlaması gözlənilir”,- deyə B.Muradova bildirib.