Azərbaycanda qeydiyyatda olan QİÇS-li xəstələrin sayı AÇIQLANDI

 15:33 19.07.2023     294

“1987- ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, onlardan 69 %-i kişilər,31 %-i qadınlardır.