"İstilik mövsümü başlayana kimi həmin ərazilərdəki problemləri də həll edəcəyik"

 15:44 19.07.2023     337

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

Redaktor.az-ın məlumatına görə, "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev özünü feysbuk hesabında abonentlərin suallarını cavablandırarkən deyib.

“Hazırlıq işləri tam yerinə yetirilir. Bu sahədə problemimiz yoxdur. İşlərin böyük əksəriyyəti artıq görülüb. Baxmayaraq ki, yenə də bəzi ərazilərdən qaz təchizatı ilə bağlı qış aylarındakı problemlərlə bağlı məsələlər də təmir-tikinti proqramına salınıb, istilik mövsümü başlayana kimi həmin ərazilərdəki problemləri də həll edəcəyik”, - deyə R.Əliyev bildirib.