Neft Emalı Zavoduna yeni direktor təyin olundu

 16:49 19.07.2023     799

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) yeni direktor təyin edilib.

Redaktor.az-ın məlumatına görə, qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə Xəyal Cəfərov gətirilib.

Onun daha əvvəl “SOCAR Karbamid” zavodunun direktoru vəzifəsində çalışdığı bildirilir.