Ceyhun Bayramov XİN əməkdaşlarına təşəkkür ETDİ

 22:34 19.07.2023     308

Xarici işlər naziri Ceyhun Bayramov Heydər Zirvəsinə yürüş iştirak etmiş XİN əməkdaşlarına təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN tviter hesabında məlumat yayıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təşkil edilmiş Heydər Zirvəsinə yürüşdə iştirak etmiş XİN əməkdaşları ilə görüşərək, belə əhəmiyyətli təşəbbüslərdə fəal iştiraka görə diplomatlara təşəkkür edib”, – XİN-in paylaşımında bildirilir.