Media etikası bizim üçün qırmızı xətdir - Natiq Məmmədli

 17:13 20.07.2023     251

Media etikası bizim üçün qırmızı xətdir.

Redaktor.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfrans zamanı deyib.

“Mediada islahatların başlanılması medianın inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir. Bu o demək deyil ki, cəmiyyət və media arasında hər şey rəvan gedir. Bu gün Azərbaycanın vicdanlı jurnalistləri sayəsində qeyri-peşəkarlığın qarşısının alınmasında bir şansımız var. Bu da media əxlaqıdır. Media etikası bizim üçün qırmızı xətdir”,- deyə N.Məmmədli bildirib (trend).