“Azərsu” dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı məsləhətçi axtarır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predimeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidməti üçün təkliflər sorğusu elan edib.
Redaktor.az xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 4-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 7-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.