"İlham Əliyev bununla demək istəyir ki, biz ərazimizin hər qarışını sizdən təmizləyəcəyik"

 14:26 21.07.2023     841

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.

Prezidentin Xocalı səfəri haqqında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat bildirdi ki, bu, prezidentin Xocalının azad olunmuş kəndlərinə ilk səfəridir.

“Çanaqçı və Sığnaq kəndləri dağlıq ərazidə yerləşən çox gözəl bir yaşayış məntəqələridir, eyni zamanda çox əhəmiyyəti var. Həm də hərbi strateji əhəmiyyəti çox böyükdür. Ora Şuşaya çox yaxın kəndlərdir, eyni zamanda yüksəklikdə yerləşirlər və oradan Xankəndi əl içi kimi görünür. Cənab Prezidentimiz bununla demək istəyir ki, biz ərazimizin hər qarışını sizdən təmizləyəcəyik və ərazimizin hər yerinə belə səfərlərimiz təşkil olunacaq. Necə ki, azad olunmuş yerlərdə tikinti, inşaat, bərpa işləri, abadlıq işləri aparılır, həmin kəndlərdə də bu işlər görüləcək. Hesab edirəm ki, işğalçılar, separatçılar bundan ciddi nəticə çıxartmalıdırlar. Xocalının təkcə o bir neçə kəndini yox, bütün Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, hamısını biz separatçılardan təmizləyəcəyik və doğma yurd yuvamıza qayıdacağıq", - deyə E.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ