Naxçıvanda daha bir nazir işdən ÇIXARILDI

 20:05 21.07.2023     257

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ramil Hacılının Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin".

Digər sərəncamla, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova həvalə edilib.