Masallıda 11 nəfər günvurma diaqnozu ilə xəstəxanaya müraciət etdi

 14:29 22.07.2023     302

Bu gün kəskin resprator virus infeksiyası və günvurma diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına 11 nəfər qəbul olunub.

Redaktor.az "apa"ya istinadən xəbər verir ki, Biləsuvar və Cəlilabad rayon sakinləri olan ümumilikdə 11 nəfər kəskin respirator virus infeksiyası diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Xəstəxanadan bildirib ki, Masallı RMX- ya saat 10:50 radələrində kəskin respirator virus infeksiyası ilə 11 nəfər müraciət edib. Xəstələrin vəziyyəti stabildir.