Bakıda güclü külək əsəcək, rayonlarda leysan OLACAQ

 12:21 23.07.2023     414

İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyini ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.