Qubad İbadoğlu ilə bağlı daha bir AÇIQLAMA

 22:17 23.07.2023     525

Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

"İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, o, daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib, araşdırma aparılır.

Qeyd edək ki, Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olub. Partiya bu ilin əvvəlində buraxılıb.