Göldə boğulan uşağı xilas edən polis serjantı “İgidliyə görə” medalı ilə TƏLTİF EDİLDİ

 14:23 24.07.2023     486

Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).