Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək

 17:15 24.07.2023     258

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin  qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 26-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək