Qarabaldır kəndinin sakinləri "Azəriqaz"dan qaz istədilər - FOTO

 19:15 24.07.2023     370

"Azəriqaz" İB-nin Qax rayonunun Qarabaldır kəndində keçirilən “Açıq mikrofon” aksiyasında sakinlərin müraciətləri dinlənilib.

Bu barədə Redaktor.az-a sözügedən qurumdan bildirilib.

Məlumata görə, mikrofon önünə keçən sakinlərin istəkləri demək olar ki, eyniyönümlü olub. Onlar qaz xətti yeni çəkilmiş Qarabaldır kəndinin tezliklə mavi yanacaqla təmin olunmasını istəyiblər.

Bundan başqa küçə qaz xəttinin çəkilməsini də xahiş edənlər olub. Bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.

22