Ekspert suda boğulmalarla bağlı dəhşətli statistikanı AÇIQLADI

 13:05 25.07.2023     498

Bildiyimiz ki, Azərbaycanda son günlər suda batma halları artıb. Hər gün 2 və ya 3 nəfərin batması ilə bağlı statistikaları görürük.

Maraqlıdır, təhlükəsizliyin qorunması hansı səviyyədir? Bu qədər batma halına gətirib çıxaran səbəb nədir? Ümumiyyətlə, rayon yerlərində kanalların, çayların ətrafında FHN nə üçün xəbərdarlıq lövhələri yerləşdirmir? Dənizdə təhlükəsizliyə əməl etməyənlərə qarşı cərimə tətbiq edilərsə, bu kimi halların qarşısı alına bilərmi?

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, çimərliyə planlı şəkildə getmək lazımdır:

“Yəni əlverişsiz hava şəraitində çimərliyə getmək yolverilməzdir. Boğulanların statistikasına baxsaq, dünya üzrə məhz 70%-dən çoxu məhz hava şəraitində çimərliyə gedənlər təşkil edir. Sahilə paralel üzmək lazımdır, üzmə nişanlarını, sərhədlərini keçməmək lazımdır. Maksimum 30-40 dəqiqə suda qalıb çıxmaq lazımdır. Hansısa dəmir konstruksiyaların üzərinə çıxıb suya baş vurmaq, qayalıqların içərisində, ətrafında üzmək qadağandır. Spirtli içki qəbul edib suya girmək olmaz. Saatlarla suda qalıb hansısa oyunlar təşkil etmək yolverilməzdir. Mütləq nəzarətsiz çimərlikklərə getməmək lazımdır. Statistikada da göstərilib ki, nəzarət olan çimərliklərdə batma halı qeydə alınmayıb".

Çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyənlərin cərimələnməsi məsələsinə gəlincə, E.Nurəliyev hesab etmir ki, hansısa bir cərimə sanksiyası tətbiq olnsun.

"Çünki bütün dünyada bununla bağlı hərənin bir yanaşma metodu var. Ümumi dünya üzrə hər il 370 mindən çox insan suda boğularaq həyatını itirir. Bu, böyük rəqəmdir. Dünya üzrə statistikada da 90%-dən çox boğulma qeyri-çmərlik ərazilərində baş verir. Oğlanların yaş statistikasına baxsaq, boğulma hallarında məhz 30 yaşa qədər olan şəxslər daha çox üstünlük təşkil. Cavanların bu qaydalara riayət edilməsində maraqlı olmaması, daha özünə güvən bu halların sayını artırır", - deyə ekspert vurğuladı.

Humay İSGƏNDƏRLİ